"Onu ehtiyatda saxlamaq olmaz" – Mahirə görə baş məşqçini "asıb-kəsdilər"

24 İyul 2023 00:50 Bizimkilər 2 038
"Onu ehtiyatda saxlamaq olmaz" – Mahirə görə baş məşqçini "asıb-kəsdilər"

Xorvatiya mətbuatı ölkə çempionatının 1-ci turunun “Dinamo” (Zaqreb) və “Hayduk” arasında keçirilmiş son oyununu (1:2) təhlil edərkən meydan sahiblərinin hücumçusu Mahir Emrelinin oynamamasına toxunub.

Sportinfo .az xəbər verir ki, "Index.hr" portalı İqor Bişçanın millimizin üzvünə şans verməməsi haqda bunları yazıb:

"Ehtiyat skamyada Petar Boçkay kimi xüsusi tapşırıqlar üçün, liqada ən yaxşı ötürmələri edə bilən adam var idi.

Driblinqlə üstünlük yarada bilən Emreli də meydana buraxılmadı. Bir tərəfdən yeni transferlər istəyib, digər tərəfdən isə liqada üç əla oyunçunu ehtiyatda saxlamaq olmaz. Baş məşqçi tərəfdən bu, doğru yanaşma deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı