Musa Qurbanlı 0:4-dən sonra : "Daha güclü qayıdacağıq"

23 İyul 2023 19:25 Bizimkilər 1 076
Musa Qurbanlı 0:4-dən sonra : "Daha güclü qayıdacağıq"

Azərbaycan millisinin forvardı Musa Qurbanlı yeni klubu "Yurqorden"də debüt etməsi haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, İsveç çempionatının 17-ci turunda "Elfsburq"la görüşün 58-ci dəqiqəsində meydana çıxıb.

Oyun "Yurqorden"in məğlubiyyəti ilə başa çatıb - 0:4.

Musa matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib: "Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq".

21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti