Azərbaycan yığmasının müdafiəçisi "sarı" aldı və sevindi

23 İyul 2023 03:00 Bizimkilər 1 189
Azərbaycan yığmasının müdafiəçisi "sarı" aldı və sevindi

Cənubi Koreya çempionatında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Saequ"nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

24 turdan sonra 33 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı