Musa İsveçdə debüt etdi, komandası darmadağına üzüldü

22 İyul 2023 20:20 Bizimkilər 1 365
Musa İsveçdə debüt etdi, komandası darmadağına üzüldü

İsveç çempionatında 16-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Musa Qurbanlının yeni klubu “Yurqorden” də növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Elfsburq”la üz-üzə gəlib. Qarşılaşma “Yurqorden”in 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Musa bu oyunun 58-ci dəqiqəsində meydana çıxıb. Bununla da o, İsveç çempionatında və “Yurqorden”də debüt edib.

21 yaşlı hücumçu bu ay “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti