Musa üçün İsveçdə TARİXİ AN - “Yurqorden”də debüt etdi

22 İyul 2023 18:20 Bizimkilər 1 652
Musa üçün İsveçdə TARİXİ AN - “Yurqorden”də debüt etdi

Futbol üzrə İsveç çempionatında 17-ci turun görüşləri davam edir.

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda lider "Elfsborq"u qəbul edir.

Musa Qurbanlı matça ehtiyat oyunçular skamyasında başlayıb.

21 yaşlı hücumçumuzun ölkə xaricində debütü ikinci yarıya təsadüf edib.

Belə ki, baş məşqçi Tomas Lagerlöf 57-ci dəqiqədə Musanı meydana buraxıb.

İkinci yarısı oynanan qarşılaşmada "Yurqorden" 0:3 uhesabıyla duzur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti