Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının qapıçısı Eldar Tağızadə özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, o, karyerasına İspaniyada davam edəcək.
O, aşağı liqada çıxış edən “Luqo” ilə müqavilə imzalayıb. Tağızadə bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Luqo” ilə anlaşdığımı, bu komandanın bir parçası olacağımı elan etdiyim üçün xoşbəxtəm. Bu fürsətdən istifadə edib, komandam üçün çox çalışacam”.
Tağızadə son olaraq “Klermon”un ikinci heyətinin qapısını qoruyurdu.
Eldar AFFA-ya üzv olan, amma fəaliyyəti qətiyyən bilinməyən, işini kağız üzərində quran İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin oğludur.


