“Yurqarden”də Musa Qurbanlıya elə münasibət göstəriblər ki…

21 İyul 2023 22:40 Bizimkilər 4 505
“Yurqarden”də Musa Qurbanlıya elə münasibət göstəriblər ki…

“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu İsveçin “Yurqarden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “aftonbladet.se” saytına müsahibəsində deyib.

Yay fasiləsində “Qarabağ”dan ayrılaraq Stokholm klubuna keçən 21 yaşlı hücumçu kollektivə artıq uyğunlaşdığını bildirib:

“Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır”.

Azərbaycan millisinin üzvü “Yurqarden” azarkeşlərinin ona qarşı münasibətindən məmnunluq ifadə edib.

Futbolçu bu sevginin ona əlavə güc qatdığını söyləyib: “Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.

Musa Qurbanlının iyulun 22-də İsveç Allsvenskanının XVI turunda “Elfsborq”la görüşündə “Yurqarden”in heyətində debüt etməsi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı