Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli “Eqnatiya”nın (Albaniya) heyətində Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Ararat-Armeniya”ya qarşı cavab oyununda iştirak edib.
Sportinfo.az xəbər verir ki, Albaniyadakı “Elbasan Arena”da təşkil olunan qarşılaşmada meydana start heyətində çıxan 28 yaşlı yarımmüdafiəçi 62 dəqiqə mübarizə aparıb.
O, həmin dəqiqədə hesab 2:2 olarkən Alessandro Kaçbuli ilə əvəzlənib.
Bu ay "Eqnatiya"ya keçən V.İsgəndərli "Ararat" ilə ilk oyuna ehtiyat oyunçular skamyasında başlayıb O, 59-cu dəqiqədə meydana daxil olub.
əvəzlənib. Əsas vaxtı bu hesabla yekunlaşan oyunun əlavə edilmiş dəqiqələrində komandalar hərəyə daha iki dəfə fərqləniblər və qarşılaşma 4:4 hesabı ilə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə qonaq komanda daha dəqiq oynayıb. Penaltilər seriyasında 2:4 hesabı ilə uduzan “Eqnatia” avrokuboklarla vidalaşıb.
Komandalar arasında İrəvanda keçirilən ilk oyunda 1:1 hesabı qeydə alınıb.
“Eqnatiya” (Albaniya) - “Ararat” (Ermənistan) - 4:4 (penaltilər seriyası - 2:4)
Qollar: Medeyros, 4, Kasa, 36, Dvamena, 108, 120+4 - Eza, 17, Kastaneyra, 58, Yenne, 110, Julio, 113
İlk oyun - 1:1

