Cənubi Koreyada 2023-cü ilin rəmzi komandası müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, sözügedən ölkədə legioner həyatı yaşayan Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk da “11-lik”də yer alıb.
K-1 Liqasını təşkil edən qurumun azarkeşlər arasında keçirdiyi sorğuya əsasən “Tecon Hana Sitizen” komandasının 24 yaşlı futbolçusu çempionatın ən yaxşı sol cinah müdafiəçisi seçilib.
Anton rəmzi komandada yer alan iki legionerdən biridir.
Krivotsyuk “instagram” hesabında bununla bağlı paylaşım edərək, azarkeşlərə təşəkkür edib:
“Mənə səs verən hər kəsə “çox sağ ol” deyirəm. Hislərimi təsvir edə bilmirəm”.
2017-2020-ci illər aralığında “Neftçi” nin heyətində meydana çıxdığı 105 oyunda vurduğu 10 qolla yadda qalan ucaboy müdafiəçi bu ilin fevralından Cənubi Koreyada top qovur.
O, geridə qalan müddətdə 20 matçın iştirakçısı olmaqla 1 qol vurub.
HƏBİB / SPORTİNFO.AZ

