Musa Qurbanlının yeni klubu "Yurqorden" növbəti matçına çıxıb.
Komanda İsveç çempionatının növbəti turunda "Malmö"nü qəbul edib.
İşçi vizasını hələ də ala bilməyən Qurbanlı komandasının qələbəsini (2:0) tribunalardan izləməli olub.
O, bu barədə öz sosial şəbəkə hesabından paylaşım edib.
21 yaşlı hücumçu "Yurqorden" azarkeşlərinin möhtəşəm performansını izləyiciləri üçün göstərib.
Bu məqamda diqqətimi bir azarkeş çəkib.
Söhbət bir yerli azarkeşin Musanın formasında oyunu izləməsindən gedir.
Nə qədər də xoş mənzərdir, elə deyilmi?
Məsələn, sonuncu dəfə hansısa əcnəbi klubda bir azərbaycanlı ilə bağlı oxşar mənzərə gördüyümü xatırlamıram.
Ümid edə ki, istedadlı futbolçumuz sənədlər yoluna düşdükdən sonra vurduğu qollarla tribunada onu sevən, seçən həmin fanatları və ürəyi mənən onun yanında olan minlərlə həmvətənlisin sevindirəcək.
İnanırıq ki, bu gün "Yurqerdon" azarkeşinin inamla əyninə geyindiyi Musa yazılı formanı yaxın gələcəkdə daha böyük klubların tərəfdarlarının timsalına görə biləcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anın videoların sizə təqdim edirik:

