“Musa Azərbaycandan vaxtında getdi, uşaq deyil ki, orada sıxılıb eləsin”

17 İyul 2023 19:00 Bizimkilər 1 091
“Musa Azərbaycandan vaxtında getdi, uşaq deyil ki, orada sıxılıb eləsin”

“Musa xaricə getmək üçün düzgün vaxt seçdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zqatala”nın Müşahidə Şurasının sabiq sədri Musa Qurbanov deyib.

O, “Yurqorden”lı 3 illik müqavilə imzalayan qardaşıoğlu Musa Qurbanlının artıq legioner həyatı yaşamağa tam hazır olduğunu bildirib:

“Tam vaxtında getdi. Əvvəli illərdə ona təkliflər çox gəlsə də, fikirləşdik ki, Azərbaycandan getməyə ən uyğun vaxt indidir.

Musa uşaq yaşlarından Avropanı görüb. Qurban Qurbanov “Qarabağ”la hansı ölkəyə gedibsə, onu da özüylə aparıb.

Çox yerdə olub, Avropanı tanıyır. Ona görə də, düşünmürəm ki, İsveçdə adaptasiya keçmək Musaya problem olacaq.

İngilis dilini bilir, ünsiyyət qurmağı bacarır. 20 yaşı var, daha uşaq deyil ki, orada sıxılıb eləsin.

Isveçdə ona maraq böyükdür. “Yurqorden”in rəhbərliyinin və məşqçilərinin Musadan gözləntiləri də çoxdur.

Mən şübhə eləmirəm ki, Musa “Yurqorden”də özünü göstərəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı