“Yurqarden”lə müqavilə bağlayandan sonra bir neçə günlük Bakıya səfər edən Musa Qurbanlı yenidən İsveçə dönüb.
Azərbaycan millisinin də şərəfini qoruyan 21 yaşlı futbolçu işçi vizasına sahib olan kimi Stokholm təmsilçisi ilə ilk məşqə çıxıb.
“Malmö” ilə vacib oyun öncəsi komanda azarkeşləri önündə məşq edib ki, hazırlıqda tər tökənlər arasında Musa da olub.
Komandanın qısa və sürətli ötürmələrlə qurulan hücumları zamanı Qurbanlı mərkəz hücumçusu kimi işinin öhdəsindən layiqincə gəlib.
Həmyerlimiz iki epizodda topu qapıdan keçirməklə məşqi izləyənlərin alqışını qazanb.
“Yurqarden” İsveç çempionatının növbəti turunda öz meydanında “Malmö” ilə qarşılaşacaq. Musanın da meydana çıxmaq ehtimalı olduğu oyun iyulun 17-si Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

