Cənubi Koreyadan YAXŞI XƏBƏR almadıq

17 İyul 2023 03:10 Bizimkilər 1 032
Cənubi Koreyadan YAXŞI XƏBƏR almadıq

Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə "İnçeon"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

23 turdan sonra 30 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı