İsveç klubu Musanın problemini həll edə bilmədi, “22”ni ona verdi - FOTO

17 İyul 2023 00:30 Bizimkilər 3 052
İsveç klubu Musanın problemini həll edə bilmədi, “22”ni ona verdi - FOTO

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlıya yeni klubu “Yurqorden”də forması təqdim olunub.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu İsveç təmsilçisində 22 nömrəli forma ilə çıxış edəcək.

Yüksək liqa təmsilçisi dünəndən komanda ilə məşqlərə başlayan Musa və digər yeni transfer anqolalı Feliks Vanın isçi vizası ilə bağlı hələ qərar verilmədiyini açıqlayıb.

Bu səbəbdən onların bu gün "Malmö”yə qarşı İsveç çempionatının 15-ci turunun oyununda iştirakı sual altındadır.

Bu yay "Qarabağ"dan ayrılan M.Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı