Rumıniya və Türkiyə klublarının oyunundakı azərbaycanlılar

15 İyul 2023 01:50 Bizimkilər 1 015
Rumıniya və Türkiyə klublarının oyunundakı azərbaycanlılar

Rumıniyada ÇFR və "Adana Demirspor" arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək Elçin Məsiyevin köməkçiləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, matçın laynsmanları Elşad Abdullayevlə Pərvin Talıbov olacaq.

Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!