Hikmət Hacıyev Ararat Mirzoyanı bu cür ifşa etdi – VİDEO+FOTOLAR

14 İyul 2023 16:30 Bizimkilər 944
Hikmət Hacıyev Ararat Mirzoyanı bu cür ifşa etdi – VİDEO+FOTOLAR

“Ermənistan XİN rəsmi olaraq dezinformasiya yaydığı zaman faktların yoxlanması və miflərin aşkarlanması lazımdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.

“Birincisi, yerli polis valideyn tərəfindən nəzarətsiz qaldıqlarına görə 2 uşağın səhlənkarlıq və maşındakı yüksək temperatur nəticəsində yuxuda olarkən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil.

İkincisi, Laçın keçid məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.

Üçüncüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın keçid məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”, - Hikmət Hacıyev bildirib.

Ararat Mirzoyan tvitter hesabında azyaşlı uşaqların “Qarabağdakı humanitar vəziyyət” səbəbilə vəfat etdiyini yazıb.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı