Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" Konfrans Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Ararat"ın qonağı olub – 1:1.
Sportinfo.az xəbər verir ki, millimizin sabiq üzvü lbaniya təmsilçisinin qafiləsində Ermənistana gedib.
28 yaşlı vinger komanda yoldaşları ilə birlikdə İrəvanda şəhər gəzintisində iştirak edib.
Azərbaycanlı yarımmüdafiəçi oyunun start heyətində yer almayıb və yalnız 59-cu dəqiqədə meydana daxil olub. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.
36-cı dəqiqədə qol buraxan Albaniya klubu 90+7-ci dəqiqədə hesabı bərabərləşdirib.

