Mahir Emreliyə bir çox klubdan təklif gəlib?

14 İyul 2023 09:20 Bizimkilər 1 643
Mahir Emreliyə bir çox klubdan təklif gəlib?

Bu həftənin sonunda “Dinamo” (Zaqreb) “Hayduk”la Xorvatiya Superkuboku uğrunda matça çıxacaq.

Sportinfo.az xəbər verir ki, Zaqreb klubunun baş məşqçisi İqor Bişçan bu görüşdə milli komandamızın forvardı Mahir Emreliyə də şans verə bilər.

Məlumata görə, Xorvatiya çempionunun çalışdırıcısı Emrelini əsas forvard hesab edir.

Başa çatan mövsümü "Konyaspor"da icarə əsasında keçirmiş Mahirin yeni mövsümə "Dinamo"da başlamaq ehtimalı yüksəkdir.

Xəbər verdiyimzi kimi, Xorvatiya nəhənginin hazırkı baş məşqçisi İqor Bişçan Mahirin komandada saxlanılmasını rəhbərlikdən istəyib.

Halbuki futbolçuya bir çox klublardan təklif gəlib.

"Dinamo" - “Hayduk” görüşü iyulun 15-də “Maksimir” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı