“Biz öz tərəfimizdən hər şeyi etmişik, digər məsələlər Musadan asılıdır”

14 İyul 2023 08:40 Bizimkilər 668
“Biz öz tərəfimizdən hər şeyi etmişik, digər məsələlər Musadan asılıdır”

"Musa fiziki durum baxımından digər transferlərdən daha irəlidədir. Milli komanda ilə məşq edib. Yenə də hər şey oyunçunun hazırlıq səviyyəsindən asılı olacaq".

Sportinfo.az "Expressen"ə istinadən xəbər verir ki, bu sözləri İsveç "Yurqorden"inin baş məşqçisi Tomas Lagerlöf yeni transfer Musa Qurbanlı haqda danışarkən deyib.

"Musa daim cərimə meydançasına daxil olmaq istəyən əsl doqquz nömrədir. O hərəkətlidir və qol vura biləcəyi boş sahələr axtarmaq istəyir.

Musa kənara çəkilib künc bayrağı yaxınlığında qol epizodu axtaran hücumçulardan deyil.

Çalışqan, fiziki cəhətdən güclü və son nöqtəni qoymaqda mükəmməldir. Başı, sağ və ya sol ayağı ilə qola vura bilir" - deyə o bildirib.

Mütəxəssis Azərbaycan millisinin hücumçusunun İsveç çempionatında "Malmö"yə qarşı matçda debüt edə biləcəyini vurğulayıb:

"Ümid edirik ki, sənədləri qaydasına salacağıq. Biz öz tərəfimizdən hər şeyi etmişik.

Digər məsələlər isə özündən asılıdır. Oynamağa hazırdırsa, meydana çıxacaq".

"Yurqorden" - "Malmö" oyunu iyulun 17-i keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı