Bu gün azərbaycanlı oyunçu İrəvanda meydana çıxarsa... FOTOLAR

13 İyul 2023 16:40 Bizimkilər 1 017
Bu gün azərbaycanlı oyunçu İrəvanda meydana çıxarsa... FOTOLAR

İndiyə qədər erməni atletlərin Azərbaycana, azərbaycanlı idmançıların Ermənistana səfərlərinə çox rast gəlmişik.

Təkbətək idman növlərindəki beynəlxalq yarışlar zamanı düşmən ölkəyə səfərlə bağlı ciddi problem olmayıb.

Onlar Bakıda təhlükəsiz qarşılanıb, o cür də yola salınıb. Başlarından tük belə əskik olmayıb. Azərbaycanın bayrağı Yeravanda yandırılsa belə...

Lakin eyni sözlər futbol üçün keçərli deyil. Dünyanın ən böyük azarkeş auditoriyasına sahib olan idman növündə iki ölkə arasındakı münasibətlər hər zaman aktuallığını qoruyb.

Xüsusən beynəlxalq matçlar zamanı tribunalarda azı 20-30 min fanat olur deyə, qonaq komandalar erməni futbolçuları Azərbaycana gətirməkdən ehtiyat edib.

Ona görə yox ki, kimsə onlara nəsə edə bilərdi. Sadəcə, ehtiyatlarını qorumaq, qaşınmayan yerdən qan çıxarmamaq üçün. Sabiq “Arsenal”lı Henrix Mxitaryan misalı yəqin ki, yadınızdadır.

Hə, 30 ildir davam edən səfər sindromunu Vüsal İsgəndərli qırmağa yaxındır. Albaniya “Egnatiya”sı ilə anlaşan həmyerlimiz müstəqillik tarixində Ermənistanda meydana çıxan ilk azərbaycanlı kimi adını tarixə yazıda bilər.

Vaxtilə ölkəmizdə çıxış edən, saxta Azərbaycan pasportunu daşıyanlardan danışmırıq. Söhbət qanı qanımızdan, canı canımızdan olan xalis azərbaycanlıdan gedir.

Vüsalın komandası Konfrans Liqasının birinci mərhələsində “Ararat”la qarşılaşacaq. Bu gün keçiriləcək bu qarşılaşma tam təbii olaraq azərbaycanlıların diqqət mərkəzində olacaq.

Albaniya təmsilçisi ilə hazırlıq keçməyən, fiziki durumu idealdan uzaq olan vingerin İrəvandaa şans qazanıb-qazanmayacağı şübhə doğurur.

Vüsal son dərəcədə diqqətli olmalıdır. Təhqirə, təzyiqə, hətta söyüşə belə, hazır olmalıdır. Peşəkar idmançının işi başını aşağı salıb futbolunu oynamaqdır.

Azərbaycan əsgərinin qarşısından qaçan, hər imkanda cığal xüsusiyyətini ortaya qoyan ermənilərin öz evində və öz tribunasında şirə dönəcəyini təxmin etmək çətin deyil.

Təbii, İsgəndərli onların cavabını artıqlaması ilə verməlidir.

Amma Azərbaycanda etdiyi kimi – tribunalara əl və qol hərəkətləri göstərməklə, azarkeşlərə baxıb gülməklə yox, qol vurmaqla, ən pis halda komandasının vuracağı mümkün qolda yaxından iştirak etməklə.

Legioner oyunçumuz bütün hallarda özünü və klubunu düşünməli, bunun beynəlxalq oyun olduğunu unutmamalıdır.

Gözləyək...

HƏBİB / SPORTİNFO.AZ.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı