“Dünən gəldik İrəvana, buradan video və foto çəkməyə icazə vermədilər.
Dedilər ki, təhlükəsizlik məqsədilə olmaz”.
Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında Albaniyanın “Eqnatia” klubu ilə İrəvana yollanan Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli deyib.
Forvard Konfrans Liqasının birinci təsnifat mərhələsində “Ararat”la qarşılaşma üçün İrəvana getməsindən danışıb:
“Rəhbərlikdən gəldilər dedilər ki, foto, video çəkmə. Problem olacağını bildirdilər”.
V.İsgəndərli təhlükəsizliyinin təmin olunduğunu da sözlərinə əlavə edib:
“Təhlükəsizliyim təmin edilib. Hazırda məsələn otağımdayam və qapının yanında mühafizəçilər dayanıb. Harasa getsəm, mənimlə birlikdə gəlirlər”.
“Ararat” – “Eqnatia” görüşü bu gün saat 19:00-da başlayacaq.

