Bu gün Konfrans Liqasının birinci təsnifat mərhələsinə start veriləcək.
Azərbaycan klubları bu mərhələdə mübarizəyə qoşulmasa da, azərbaycanlı futbolçu meydana çıxacaq.
Söhbət yenicə "Eqnetia"ya transfer olunan Vüsal İsgəndərlidən gedir.
Albanlar ilk matçına sabah İrəvanda çıxacaq.
Ermənistan təmsilçisi "Ararat"la qarşılaşma üçün yola düşən heyətdə həmyerlimiz də var.
Görüş öncəsi klub rəsmiləri 28 yaşlı vingerlə xüsusi söhbət aparıblar.
Ona qəti şəkildə heç bir provokasiyaya getməməyə, bütün fikrini matça cəmləməyə çağırıblar.
Təcrübəli yarımmüdafiəçi İrəvanda meydana çıxacağı təqdirdə bu onun yeni klubunda debüt matçı kimi yaddaşda qalacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

