"Qarabağ" 3, "Neftçi" 4… Bu yolla hara gedirlər?

11 İyul 2023 17:20 Bizimkilər 2 651
"Qarabağ" 3, "Neftçi" 4… Bu yolla hara gedirlər?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

“Köhlən atlar” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür.

67 xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 315 xalla birincidir.

Çempionlar Liqasının qalibi olan "Mançester Siti" 311 xalla ikincidir. İlk "3-lüy"ü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı