Qurban Qurbanovun oğlu Bundesliqada oynayacaq?

11 İyul 2023 02:20 Bizimkilər 7 057
Qurban Qurbanovun oğlu Bundesliqada oynayacaq?

Sportinfo.az xəbər verir ki, millimizin forvardı Musa Qurbanlının "Yurqorden"ə keçidində vasitəçi olanlardan biri də Boyan İliçdir.

Vaxtilə "Qarabağ"da oynamış, hazırda futbol agenti kimi fəaliyyət göstərən İliç sportal.az-a müsahibəsində Qurbanlının İsveç klubuna keçidi və perspektivi haqda danışıb.

- Musa Qurbanlının "Yurqorden"ə keçidində rolu olanlardan biri sənsən. Onun transferi necə reallaşdı? "Yurqorden" Musa ilə nə vaxtdan maraqlanırdı?

- "Yurqorden" məndən hücumçu tapmağımı istədi."Qarabağ"la danışaraq Musanı "Yurqorden"ə təklif etdim. Sonradan İsveç klubu onunla daha yaxından maraqlandı və komandaya dəvət etməyə qərar verildi. Yəni, prosses bu cür getdi.

- "Yurqorden"in məşqçisi bildirib ki, Musanı "Gent"- "Qarabağ" matçında görüblər...

- Doğrudur. Amma onlar təkcə "Gent"lə yox, Musanın "Qarabağ"da oynadığı bir çox oyunlarına baxıblar. Təbii ki, bunlar asan deyil. Bir çox matçını gördülər. Sonda da Musa haqda yekun qərar qəbul ediblər.

- Transferin reallaşmasında həlledici rolu oynayan nə idi?

- "Yurqorden" Musa üçün "Qarabağ"a sərfəli təklif göndərdi. Klubla danışıq aparıldı. Sonda da onlar razılıq əldə etdi və belədə, keçid baş tutdu.

- Musa İsveçə getməklə doğru seçim etmiş oldu? Çünki onun "Rayo Valyekano" və "Xetafe" ilə adı hallanırdı....

- Hər şeyi zaman göstərəcək. İsveç çempionatı Musa üçün yaxşı tramplin olacaq. Digər klublarla bağlı məlumatım yoxdur.

- Sən özün Musa haqda nə düşünürsən? Səncə, "Yurqorden"də uğurlu karyera qura biləcək?

- Mən elə Musaya güvəndiyim üçün onu "Yurqorden"ə təklif etdim. Bilirəm ki, İsveç çempionatında daha inkişaf edəcək. Bunu zamanla görəcəyik.

- İsveç liqasında özünü göstərəcəyi təqdirdə, Avropanın top-5 liqalarından hansına yollanmaq şansı yaranacaq?

- Musaya çox inanıram. Onun top-5 liqalardan birinə keçməsi realdır. Məncə, Qurbanlının oyun stili daha çox Almaniya Bundesliqasına uyğun gəlir. İnanıram ki, bunu bacaracaq. Hər halda, hazırda bütün fikri "Yurqorden"də oynamaq və özünü orada göstərib, komandaya kömək olmaqdır.

- Musadan savayı, digər azərbaycanlı futbolçuların İsveç klublarına keçmək şansı var?

- Azərbaycanda keyfiyyətli futbolçuların sayı çoxdur. Mən də onları həmişə izləyirəm. İndi də buna davam edəcəm. Onları Avropaya aparmağa çalışacam.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı