Azərbaycan millisinin eks müdafiəçisi klubunu dəyişdi

10 İyul 2023 22:40 Bizimkilər 1 057
Azərbaycan millisinin eks müdafiəçisi klubunu dəyişdi

Azərbaycan millisinin və "Sumqayıt"ln sabiq futbolçusu Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, "İnqulets"dən ayrılan 28 yaşlı müdafiəçi karyerasını "Obolon"da davam etdirəcək.

Təcrübəli oyunçu artıq Kiyev təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmayıb.

Dmitri Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək "Sumqayıt"ın formasını geyinib. O, Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti