Azərbaycanlı məşqçi Səudiyyə Ərəbistanı klubunda çalışmaqdan imtina etdi

10 İyul 2023 19:20 Bizimkilər 2 286
Azərbaycanlı məşqçi Səudiyyə Ərəbistanı klubunda çalışmaqdan imtina etdi

Səudiyyə Ərəbistanı klubu "Əl Səfa" azərbaycanlı məşqçiyə elçi düşüb.

Söhbət "Zirə"nin sabiq çalışdırıcısı Zaur Həşimovdan gedir.

Amma bu il I Diviziona yüksələn klubla danışıqlar müsbət başa çatmayıb.

Səbəb ərəblərin PRO kateqoriyalı mütəxəssisə aşağı maliyyə şərtləri təklif etməsi olub.

42 yaşlı çalışdırıcı belədə danışıqların uzanmasını məsləhət bilməyib.

Zaur Həşimov hazırda "Zirə"nin əvəzedici komandasının baş məşqçisidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti