Türkiyənin aparıcı klubu millimizin forvardını transfer edir?

29 May 2023 19:20 Bizimkilər 3 730
Türkiyənin aparıcı klubu millimizin forvardını transfer edir?

"Qrasshopper"də çıxış edən Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Sporinfol.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı forvardın xidmətində "Trabzonspor" maraqlıdır.

Qara Daniz təmsilçisinin mövsüm başa çatdıqdan sonra Azərbaycan millisinin üzvü üçün İsveçrə klubu ilə danışıqlara başlayacağı bildirilir.

"Qrasshopper" Renat Dadaşovu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib.

Azərbaycanlı hücumçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər