“Yurqarden”ə transfer olunan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının işçi vizası problemi həll edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya İsveç klubunun idman direktoru Bosse Anderson məlumat verib.
O bildirib ki, Musa ölkə çempionatının 17-ci turunda keçiriləcək “Elfsborq”la mərkəzi matçda oynamağa hazırdır: “Məşqçinin şans verəcəyi halda, Qurbanlı meydana çıxacaq”.
Bu gün keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

