
Cənubi Azərbaycan təmsilçisi “Traktor” böyük jest edib.
Sportinfo.az xəbər verir ki, Təbriz klubu ölkə çempionatının 18-ci turu çərçivəsində keçiriləcək “Fulad" ilə oyunun biletlərinin satışından əldə olunan gəliri xeyriyyə məqsədi üçün istifadə edəcək.
Fevarında 1-də keçiriləcək matçdan toplanacaq vəsait Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə veriləcək. Bu barədə "Traktor" rəsmi məlumat yayıb.
Yanvarın 28-də Güney Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3500-dən artıq yaşayış binası dağılıb. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var.