
"Nəsə etməyə çalışırdım, amma bəzən alınmırdı“.
Sportinfo.az xəbər verir ki, bu sözlər "Şalke-2"nin formasını geyinən Rüfət Dadaşova məxsusdur.
Almaniyanın Regional Liqasının Qərb zonasında çıxış edən Azərbaycan millisinin sabiq forvardı son zamanlar aldığı zədə səbəbindən maska ilə oynamaq məcburiyyətində qaldığını deyib:
"Maska ilə oynamaq çox çətindir. "Köln-2"ə qarşı matç, meydana maska ilə çıxdığım ikinci oyun oldu.
Bəzən topları çox gec görürəm. Şadam ki, fasilə yaranıb. Ümid edirəm ki, yeni ildən maskasız oyunlara çıxa biləcəm".
Dadaşov tez-tez özünü tənqid etdiyini dilə gətirib:
"Mövsümün ikinci yarısında daha çox şey etməliyəm. Daha çox qol vurmalı olduğumu bilirəm".