Xaricdə işə başlayan azərbaycanlı məşqçi futbolçularımızı yeni klubuna aparır

4 Oktyabr 2022 21:20 Bizimkilər 1 414
Xaricdə işə başlayan azərbaycanlı məşqçi futbolçularımızı yeni klubuna aparır

“Bəli, bu barədə söhbət gedir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Dinamo Avto”nun baş məşqçisi Novruz Əzimov deyib.

Yaxınlarda Moldova klubunun sükanı arxasına keçən azərbaycanlı mütəxəssis daha çox gənclərə üstünlük verdiyini bildirib.

Vaxtilə “Bakı”nı çalışdırmış Əzimov qeyd edib ki, tezliklə həmin gənclər arasında həmyerlilərimiz də ola bilər:

“Bizdə strategiya elədir ki, 20 yaşa qədər oyunçulara üstünlük veririk. Azərbaycanda belə oyunçular var.

Əsas heyətə düşməkdə çətinlik çəkirlər, amma davamlı oynamaları lazımdır. Həmin futbolçularla danışıqlar gedir.

Yanvardan sonra ola bilər ki, komandamızda azərbaycanlı futbolçular olsun. Kimlərdir? Hələlik ad açıqlamağım doğru olmaz”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı