Millimizin futbolçusu 3 qol vurdu, oyun 29:0 bitdi

4 İyul 2022 00:50 Bizimkilər 1 148
Millimizin futbolçusu 3 qol vurdu, oyun 29:0 bitdi

Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yeni mövsüm Almaniya 3-cü liqasında mübarizə aparacaq Aue klubu ölkənin bölgə liqası təmsilçisi "SV Leukersdorf"la qarşılaşıb.

Matç "Erzgebirge"nin 29:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 2-ci hissədə əvəzlənib. 14 qolun vurulduğu ilk hissədə millimizin üzvü də het-trik edib. O, 8, 22, 36-cı dəqiqələrdə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti