"Burada hər şey kifayət qədər sadədir: razılaşa bilmədik”

29 İyun 2022 14:20 Bizimkilər 982
"Burada hər şey kifayət qədər sadədir: razılaşa bilmədik”

"Burada hər şey kifayət qədər sadədir: razılaşa bilmədik”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkoya məxsusdur.

O, 2004-cü ildə Qazaxıstanın "Jenis" klubuna transfer olmasından və burada rəsmi matça çıxa bilməməsindən söz açıb:

“Bu, maliyyə baxımından deyildi, bəzi texniki məsələlər var idi. Mən klubun ovaxtkı rəhbərliyinə minnətdaram.

Çünki onlar həmin müddətdə bəzi texniki məsələləri həll etməyə çalışdılar. Demək olar ki, bu hadisədən 20 il keçib.

Məni yaxşı qəbul etmişdilər. Amma bəzi texniki məqamlar var idi ki, mənə "Jenis"də oynamağa imkan vermirdi".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu