Məmmədov Çempionlar Liqası matçına təyinat aldı

18 İyul 2023 02:40 Bizimkilər 1 034
Məmmədov Çempionlar Liqası matçına təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tiflis, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.

Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti