“Neftçi”nin eks müdafiəçisi III Liqa klubu ilə kontrakt imzaladı

18 İyul 2023 01:10 Bizimkilər 1 426
“Neftçi”nin eks müdafiəçisi III Liqa klubu ilə kontrakt imzaladı

Azərbaycanlı futbolçu Ricat Qarayev Polşada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı sağ cinah müdafiəçisi "Flota"ya keçib.

Bu barədə III Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 milli komandasının sabiq üzvü ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Ricat Qarayev karyerası ərzində "Sumqayıt", "Şamaxı", "Sabah", "Neftçi", "İrao" (Gürcüstan), "Qardabani" (Gürcüstan) klublarında çıxış edib.

O, son olaraq Polşada "Şeçinek"in formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 10:20 Neymar geri qayıtdı