Namiq Ələsgərovun gələcəyi ilə bağlı MENECRİNDƏN YENİ AÇIQLAMA

15 May 2022 19:40 Bizimkilər 1 149
Namiq Ələsgərovun gələcəyi ilə bağlı MENECRİNDƏN YENİ AÇIQLAMA

Millimizin üzvü Namiq Ələskərovun formasını geyindiyi "Bursaspor" dünən Türkiyə 1-ci liqasında 37-ci tur oyununa çıxıb.

Bursa təmsilçisi "Bandirmaspor"un qonağı olub.

Matç meydan sahiblərinin 4:2 hesalı qələbəsi ilə başa çatıb. Yarımmüdafiəçi start heyətdə meydana çıxıb və hesabda 2:3 geridə olduqları vaxt - 63-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 41 xalda qalan "Bursaspor"un yarışın bitməsinə 1 tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib.

Komanda 41 xalla 16-cı pillədə qərarlaşıb. Beləliklə, "Bursaspor" növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.

Bu isə Namiqin hazırkı klubundan ayrılacağı anlamına gəlir. Ki, 2-ci liqada legioner oyunçu oynatmaq qadağası var. Bəs həmyerlimizin gələcək taleyi necə olacaq?

Sualımıza cavab olaraq Namiqin meneceri Vaqif Heydərli Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Bəli, Namik “Bursaspor”dan ayrılacağı dəqiqləşdi. Amma onun gələcək taleyi ilə bağlı indi nəsə demək tez olar.

Yaxın günlərdə Türkiyəyə gedəcəm. Üzbəüz görüşüb danışacağıq və yalnız ondan sonra necə olacağını biləcəyik”.

Ötən ildən "Bursaspor"da çıxış edən Namik 1-ci liqada 32 oyuna 6 qol, 6 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti