Qarabağa getmək istəyənlərə VACİB XƏBƏR

27 Yanvar 03:00 Bizimkilər 747
Qarabağa getmək istəyənlərə VACİB XƏBƏR

“Yolumuz Qarabağa” layihəsi çərçivəsində Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reyslərinə bilet almış Azərbaycan vətəndaşlarının biletləri qaytarmaq yaxud dəyişdirməsi üçün proseduralar müəyyən edilib.

bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, biletlərin qaytarılma və ya dəyişdirilməsi qaydaları Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən müəyyənləşib:

“Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 6-cı bəndində bilet satışının təşkili, gediş haqqının ödənilməsi qaydasının şərtləri müəyyən edilib. Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədini təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 %-ni əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 %-ni çıxmaqla ödənilmiş məbləği geri ala bilər.

Sərnişin avtobusun yola düşməsinə 2 saat qalmış bileti kassaya qaytarırsa bu halda, əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödəniş məbləği geri qaytarılır. Sərnişin avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda bileti kassaya geri qaytarırsa, biletin dəyərinin 15 %-i və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödəniş məbləği geri alına bilər.

İşğaldan azad olmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir”.

yanvarın 24-də azad edilmiş ərazilərə müntəzəm avtobus reysləri təşkil olunub. Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq.

Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir.

Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.

Digər Xəbərlər
Xəbər Lenti