Azərbaycan yığmasının futbolçusu xarici klubla müqavilə imzaladı

24 Yanvar 2022 13:00 Bizimkilər 2 038
Azərbaycan yığmasının futbolçusu xarici klubla müqavilə imzaladı

Gənclər yığmasının yarımmüdafiəçisi “Viktoriya” (Jijkov) ilə yeni müqavilə imzalayıb.

Bu barədə Sportinfo.az-a onun meneceri Vaqif Heydərli məlumat verib.

Onun sözlərinə görə, müştərisi daha 2,5 il Çexiyanın II Liqa klubunun formasını geyinəcək.

V.Heydərli qeyd edib ki, “Qəbələ“nin yetirməsi gələcək karyerasını bütünlüklə Avropaya bağlamaq niyyətindədir:

“Fəridin “Slaviya“ya gedən gündən fikri ancaq budur. İndi də belə düşünür.

Düzdür, mətbuat Fəridin adını gah “Qarabağ“, gah da “Neftçi“ ilə yanaşı hallandırdı, ancaq bunlar real söhbətlər deyildi“.

Digər Xəbərlər
Xəbər Lenti