Sərtan az oynadı, Vüsal kənardan onu izlədi - VİDEO

6 May 2024 01:20 Bizimkilər 713
Sərtan az oynadı, Vüsal kənardan onu izlədi - VİDEO

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular - Sərtan Taşkının çıxış etdiyi “Manisa” ilə Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” üz-üzə gəliblər.

V.İsgəndərli əvvəldən sonra kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. S.Taşkın isə 82-ci dəqiqədə Bedirhan Altunbaşın əvəzinə meydana çıxıb.

Matç “Manisa”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xallarının sayını 40-a çatdıran Sərtanın komandası turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

“Boluspor” isə son tur öncəsi 50 xalla 8-ci yeri tutur. İsgəndərlinin komandası Superliqaya vəsiqə uğrunda keçiriləcək pley-off matçlarına qatılmaq üçün son turda qələbə qazanmalı, eləcə də “Bandırmaspor” və “Gənclərbirliyi” xal itirməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO