COP29

İTTİHAM: "Məğlubiyyətin əsas günahkarı Məmmədovdur, o, bu qədər səhv etməmişdi"

6 May 09:20 Bizimkilər 2 685
İTTİHAM: "Məğlubiyyətin əsas günahkarı Məmmədovdur, o, bu qədər səhv etməmişdi"

Polşa mətbuatı “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun Ekstraklasanın 31-ci turunun "Şlensk”lə oyunundakı (1:2) performansını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, “Łódzki Sport” portalı Məmmədovdan bunları yazıb:

“Rahil mövsüm ərzində “Şlensk”lə görüşdəki qədər səhv etməmişdi. Məğlubiyyətin əsas günahkarı Məmmədovdur.

O, həmişə epizodlarda gecikirdi. Bununla yanaşı, rəqibin cərimə meydançasında qol vurmağa çalışan komanda yoldaşı ilə toqquşurdu”.

Məmmədov bütün 90 dəqiqə meydanda olub. “LKS Lodz” isə matçda məğlub olaraq Ekstraklasanı tərk edib. Komanda 21 xalla 18-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq