“Bursaspor” Namiqin müqavilə şərtlərini yerinə yetirə bilirmi?

7 Dekabr 2021 21:00 Bizimkilər 1 515
“Bursaspor” Namiqin müqavilə şərtlərini yerinə yetirə bilirmi?

“Namiq hazırkı vəziyyətindən razıdır, onu “Bursaspor”da hər şey qane edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.

Cari mövsümün əvvəlində Namiq Ələsgərovun “Neftçi”dən “Bursaspor”a transferini təşkil edən tanınmış agent adıçəkilən yarımmüdafiəçinin mövcud durumundan danışıb.

“Bursaspor” 15 turdan sonra 17 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Türkiyə mediasının yazdığına görə, “yaşıl timsahlar” maliyyə çətinliyi yaşayır və qeyri-sabit çıxışın kökündə də bu amil dayanır. Yerli həmkarlarımızın iddiasına görə, Bursanın eyniadlı təmsilçisi futbolçuların ödəmələrini aylarla gecikdirir.

V.Heydərli isə TFF I Liqasında artıq 4 qol vurmuş milli üzvünün “Bursaspor”da özünü yaxşı hiss elədiyini bildirib:

“Klubda heç bir problemi yoxdur. Müqavilə şərtlərini vaxtlı-vaxtında yerinə yetirirlər.

Namiq istəyir ki, hər oyunda özünü yaxşı tərəfdən göstərib, komandanın yaxşı nəticələr qazanmasında pay sahibi olsun.

Mən inanıram ki, o, bunu bacaracaq. Namiq də Türkiyəyə ciddi məqsədlər üçün yollanıb”.

Digər Xəbərlər
Xəbər Lenti