“Bursaspor” Namiqə istirahət verdi, kubokda növbəti mərhələyə yüksəldi

30 Noyabr 2021 19:20 Bizimkilər 835
“Bursaspor” Namiqə istirahət verdi, kubokda növbəti mərhələyə yüksəldi

Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun da çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə Kubokunda növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda yarışın 4-cü mərhələsində 2-ci Liqa təmsilçisi "Kırşehir Bələdiyyəspor"la qarşılaşıb.

"Bitci Timsah Park"da keçirilən oyun Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Bursaspor" bu qələbə ilə 5-ci mərhələyə yüksəlib.

Namiqin adı bu qarşılaşma üçün iştirak ərizəsinə salınmayıb.

, "Bursaspor" ötən mərhələdə səfərdə "Ceyhanspor"u 6:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM