“Azərbaycanda məndən güclüsü yoxdur, hamısının haqqını vermişəm”

30 Noyabr 2021 15:00 Bizimkilər 1 236
“Azərbaycanda məndən güclüsü yoxdur, hamısının haqqını vermişəm”

“Mən bu mövqedə özümdən yaxşı futbolçu tanımıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq müdafiəçisi Mahir Şükürov deyib.

Dörd il öncə karyerasını bitirən “Neftçi” və “Xəzər Lənkəran”ın keçmiş üzvü sağ cinah müdafiəçisi mövqeyində ondan yaxşı kimsənin olmadığını bildirib:

“Bu, mən oynayan vaxt da belə idi, indi də belədir. Açığı, karyeramı davam etdirdiyim müddətdə məndən güclü futbolçu görmədim.

Heç kimi özümə rəqib saymırdım. Bundan qətiyyən narahat deyildim. Bilirdim ki, belə birisi qarşıma çıxmayacaq. Çünki özümə, potensialıma bələd idim.

Bir nəfəri göstərin ki, hansısa oyunda mənim qədər “asma”, yaxud qol pası verim. Millidə oynadığım vaxt vurulun qolların 70 faizinin ötürməsi məndən gəlib.

İndi Ömər Buludovun adını tez-tez çəkirlər. Amma onun “Neftçi”dəki oyunlarına fikir verin, görün hər dəfə nə qədər səhv edir.

Uzun illər futbol oynadım, müxtəlif iddialı klubların formasını geyindim. Hamısında da əsas heyət üzvü olmuşam.

Hansı klubda olmuşamsa, oynumla hamısının haqqını vermişəm”.

Digər Xəbərlər
Xəbər Lenti