Paytaxt klubundan ayrılan futbolçu Polşada axtarışdadır

23 Noyabr 2021 23:40 Bizimkilər 881
Paytaxt klubundan ayrılan futbolçu Polşada axtarışdadır

Ötən ay "Səbail"dən ayrılan Şahin Zəkiyev hələ də klubsuzdu.

Qolkiperin Polşa klubu ilə müqavilə imzalayacağı gözlənilsə də, bu hələ reallaşmayıb.

Noyabrın əvvəlindən adıçəkilən ölkəyə yollanan həmyerlimiz özünə klub tapmaqda çətinlik çəkir.

Düzdü, onu heyətinə qatmaq istəyən klublar var, amma şərtlər qanedici deyil. Gah ehtiyat qapıçı olmaq istəməməyi, gah da aşağı maaş təklifi Zəkiyevi narazı salan detallardı.

Qarşısına legioner həyatı yaşamaq məqsədi qoyan futbolçumuz ölkəmizə qayıtmağa hələ tələsmir. O, yaxın günlərdə ürəyincə olan klub tapacağına ümid edir.

Xatırladaq ki, Şahin Zəkiyev ölkəmizdə "Səbail" və "Keşlə" klublarının şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"