"Lex" Varşavada Mahirin əhvalını korladı

17 Oktyabr 2021 23:40 Bizimkilər 1 311
"Lex" Varşavada Mahirin əhvalını korladı

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununa çıxıb

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edib və 0:1 hesabı ilə uduzub.

M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 65-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

"Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. "Lex" isə 24 xalla liderliyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var