Yığmamızın forvardı tanınmış klubun məğlubiyyətinə sevindi - VİDEO

17 Oktyabr 2021 21:20 Bizimkilər 742
Yığmamızın forvardı tanınmış klubun məğlubiyyətinə sevindi - VİDEO

Belarus çempionatında 26-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin sabiq forvardı Ruslan Qurbanovun komandası "Slaviya" (Mozır) növbəti matçına çıxıb.

Qurbanovun komandası BATE ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.

“Slaviya” hazırda 24 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti