Azərbaycanlı legionerin debütü bu gün baş tutmayacaq – SƏBƏBİ VAR

17 Oktyabr 2021 17:40 Bizimkilər 776
Azərbaycanlı legionerin debütü bu gün baş tutmayacaq – SƏBƏBİ VAR

Dünən Yunanıstanın ikinci Super Liqası start götürməli, bu gün həmin liqada azərbaycanlı futbolçu debüt etməliydi.

“Pierikos” – “Tesprotos” görüşünün Bakı vaxtı ilə nə vaxt başlayacağı, Tural Bayramlının “11-lik”də yer alıb-almayacağı haqda məlumatlar əldə etmək üçün Yunanıstan saytlarında kiçik “gəzişmə” edəndə, yeni xəbər aldıq: oyun təxirə salınıb!

Lakin təxirəsalmanın səbəbi haqda ətraflı bilgiyə rast gəlmək mümkün olmadı. Suala Turalın özü ilə söhbətdə aydınlıq gətirməyə çalışsaq da, bu istəyimiz də baş tutmadı.

O, oyunun hansı səbəbdən təxirə salındığına “bilmirəm” cavabını verdi.

Bayramlının ötən ay müqavilə bağladığı “Pierikos”un “Tesprotos”la qarşılaşmasının oktyabrın 27-də keçiriləcəyi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti