Mahirin yolu ən azı Bundesliqa ortabablarından birinədir

26 Sentyabr 2021 23:20 Bizimkilər 941
Mahirin yolu ən azı Bundesliqa ortabablarından birinədir

Mahirin dünən vurduğu qol çox şeydən xəbər verir.

Həmin epizodda topu ram edib o bucaq altından elə zərbə vurmağı ancaq yüksək səviyyəli futbolçu bacarardı.

Maraqlı məqam odu ki, Əmrəli ötən mövsüm "Neftçi"yə buna yaxın, "Qəbələ"yə isə demək olar dünənkinin kopiyasını vurmuşdu (həftəiçi kubokdakı qolu isə "Sabah"a vurduğunun təkrarı idi).

Deməli, Azərbaycandakı təcrübə ona Polşada çox kömək olur.

Baxmayaraq ki, "Legiya"dakı bəzi komanda yoldaşları onu meydanda bilərəkdən "görmürlər". 80 dəqiqə normal pas görməyən Mahir baş məşqçinin əvəzetmələrindən sonra iki əla qol epizoduna girdi. Vura bilmədi, amma bu hazırda vacib deyil. İndi vura bilmədi, sonra vuracaq.

Tək komanda yox, bütün klub anlamalıdı ki, hazırda Əmrəli onların ən dəyərli oyunçusudu və fokus göstərmək yox, ciddi işlə məşğul olmaq lazımdı.

Elə Mixneviç də düşünməlidi ki, necə olur əsas qol imkanlarını komandası məhz əvəzetmələrdən sonra yaratdı? Olmazdı ki, həmin oyunu elə əvvəldən oynada?

Avropada təmsilçimizin bu cür performansı sevindirməyə bilməz. İlk getdiyi gün yazmışdım, indi də fikrimdə qalıram:

Mahirin yolu ən azı Bundesliqa ortabablarından birinədi, buna gücü də, səviyyəsi də çatar.

Bu tempi mövsümün sonuna qədər qorusa, hətta daha yuxarıya da boylana bilər.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti