Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək.
C liqasının 1-ci qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

