Bundesliqadan aşağı liqaya düşmüş klub azərbaycanlı hücumçunu istəyir

15 İyun 2024 16:20 Bizimkilər 2 818
Bundesliqadan aşağı liqaya düşmüş klub azərbaycanlı hücumçunu istəyir

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov növbəti mövsümə başqa komandada başlayacaq.

Sportinfo.az "Sport-im-Osten”ə istinadən xəbər verir ki, son mövsümü “Dinamo”(Berlin) klubunda keçirmiş azərbaycanlı hücumçunun xidmətində Almaniya 3-cü Bundesliqasından aşağı liqaya düşmüş "Halleşer” maraqlıdır.

Amma Rüfətin “Dinamo" ilə müqavilə müddətinin bitməsinə 1 il qalıb.

Halle şəhərinin klubunun rəhbərliyi hələ də 32 yaşlı forvardın yüksək liqaya qayıtmaq məqsədi daşıyan komandanı nə qədər gücləndirə biləcəyini düşünür.

Digər Xəbərlər
Xəbər Lenti